Qış transfer dönəmində Rusiyanın "Dinamo" (Moskva) klubundan ayrılacaq futbolçular müəyyənləşib.

Unikal.org xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də var.

Bildirilib ki, yeni baş məşqçi Kirill Novikovun rəhbərliyi altında yalnız bir matçda meydanda olan 23 yaşlı hücumçu paytaxt təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Ramil Şeydayev bu ilin yayından "Dinamo"nun formasını geyinir. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır. "Dinamo" 19 turdan sonra Rusiya Premyer Liqasında 24 xalla 8-ci pillədə qərarlaşıb.