Avtomobil qoyun sürüsünü vurub.

Unikal.org "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21099" markalı avtomobil qarşısına çıxan qoyun sürüsünə girib. Nəticədə 10-a yaxın qoyun tələf olub.
Hadisəyə dumanlı hava şəraiti səbəb olub.

Qeyd edək ki, bir neçə gündür Şimal-qərb bölgəsində dumanlı hava müşahidə olunur.