Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib.

Mədəniyyət Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

Allah rəhmət eləsin!