Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.