Adam öldürməyə cəhddə şübhəli bilinən şəxsdən "Makarov" markalı tapança götürülüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, dekabrın 22-də saat 23 radələrində Bakı şəhər sakinləri Z.Muradov və İ.Babayevin güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Nağıyev saxlanılıb.

Cinayəti törədərkən istifadə etdiyi "Makarov" markalı tapança ondan götürülüb.