Portuqaliyanın “Braqa” klubu baş məşqçisi Rikardo Sa Pintuyla yollarını ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sa Pintuyla müqaviləyə xitam verilib.

47 yaşlı mütəxəssis 2019-cu ilin avqustunda “Braqa” ilə 2 illik müqavilə imzalamışdı.

Avropa Liqasında pley-off mərhələsinə yüksələn “Braqa”, Portuqaliya çempionatında 14 turdan sonra 10-cu sıradadır.