Tanınmış çinli aktyor Ceki Çan “Avanqard” filminin çəkiliş səhnələrinin birində skuterlə hərəkət edərkən  qayaların altına düşərək boğulmağa başlayıb. Həyəcanına üstün gələn aktyor düşdüyü çətin situasiyadan xilas ola bilib.

Unikal.org xəbər verir ki, bunu  aktyor Çinin paytaxtı Pekində keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında  deyib. 

 Qeyd edək ki, “Avanqard” filmi muzdlular tərəfindən qaçırılan girovları xilas edən mühafizəçilər dəstəsindən bəhs edir. 

Gülayə Mecid