“Mançester Siti” klubunun futbolçusu Riyad Mahrezin həyat yoldaşı Ritanın ona xəyanət iddia edilib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mahrezin model və müğənni həyat yoldaşı Rita, ağır çəkidə boks çempionu Entoni Coşua ilə görüntülənib.

Coşua əvvəl Ritanın kim olduğunu bilməyib və birlikdə əyləniblər. Ritanın bir müddət Coşuanın qucağında oturduğu da iddia olunur. Gecə klubunun sahibi Coşuaya Ritanın Riyad Mahrezin həyat yoldaşı olduğunu dedikdən sonra boksçu geri çəkilməyə başlayıb.

Daha sonra həm Coşua, həm də Rita gecə klubundan ayrılıb.