Bakıda 34 yaşlı kişi bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə dekabrın 25-də saat 14 radələrində, paytaxtın Nizami rayonu Qara Qarayev prospekti, 81 ünvanının qarşısında baş verib.

Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Elşən Yaqub oğlu naməlum şəxs və şəxslər tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Daha sonra yaralı özəl kilinikalardan birinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. 

E.Məmmədova xəsarət yetirən şəxs və şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.