Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

Bu barədə Unikal.org-a Şahin Diniyev özü məlumat verib.

Sabiq baş məşqçi deyib ki, hadisə bir ay bundan əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən evində baş verib:

“Uzun müddətdir ki, orada yaşamırdım. Evi kirayə vermişdim. Mənzilimdə köhnə əşyalar var idi. Bunu da kirayə verdiyim şəxslər elan saytına yerləşdirərək satıb”. 

Qeyd edək ki, bu barədə ilk məlumatı “report” yayıb. Məlumatda bildirilir ki, evdə oğurluq edən qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Aygün İlqarqızı