"Messiyə qarşı "Çelsi", "İnter" və "Real Madrid"in baş məşqçisi kimi oynamışam. Hər birində də fərqli yanaşma və məqsədlərlə. Bəzən qalib gəlmək, bəzən məğlub olmamaq, hesabı dəyişmək və ya hesabı saxlamaq üçün. Komandanın oyununu şifrələmək, rəqibin necə əziyyət çəkməsini anlamağa çalışana qədər, Messini dayandırmaq üçün artıq gec olur".

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri portuqaliyalı məşqçi Joze Mourinyo söyləyib.

"Messi möcüzədir və eyni zamanda dramatik birisidir. Qeyri-adidir. O, bizi düşünməyə, təhlil, analiz etməyə, qərar verməyə və bizi daha yaxşı məşqçi olmağa vadar edir. Qısaca, Messi bütün məşqçiləri inkişaf etdirir, o, ən yaxşıdır", - deyə Mourinyo bildirib.