İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann açıqlama verib.

Unikal.org xəbər verir ki, UEFA-nın saytına danışan fransalı mütəxəssis, Kataloniya klubunun futbolçusu Lionel Messi və sabiq baş məşqçisi Dieqo Simeone ilə bağlı bunları deyib:

“Bəlkə də, bir daha görə bilməyəcəyimiz, ya da 40 ildən bir dünyaya gələn futbolçu haqqında danışırıq. Messinin komanda yoldaşı, məşqçisi, azarkeşi olmağımızdan asılı olmayaraq, ondan faydalanmalıyıq. Messinin topla etdikləri inanılmazdır və onun yanında olaraq göstərdiyi oyunu görmək başqa bir hissdir.

Simeone isə çox yaxşı mütəxəssdir. Onun bir komandada nələr edə biləcəyini görmək fantastikdir. O, hər zaman qalib gəlməyin yollarını bilir, oyunlardan əvvəl çox çalışır, hər nüansı araşdırır. Hər kəs onun yanındadır”.