Bursansanın mərkəz İldırım mahalında qudalar arasında  çıxan bıçaklı- sopalı dava və 5 adamın yaralanm ası ilə bağlı məhkəmə davam edir.

Unikal.org xəbər verir ki, məhkəmə qarşısına çıxan hadisə ilə bağlı yeganə həbs olunan şəxs Efkan Avcı belə ifadə verib:

"Həyat yoldaşımı heç kim məndən ala bilməz. Ən azından sizin qədər günahsızam. Mən hadisəni ayırmağa çalışdım. Sərbəst buraxılmağı və bəraət tələb edirəm".

Ancaq məhkəmə E.Avcının həbs halının davamına qərar verib.

 Xatırladaq ki, hadisə aprel ayında baş vermişdi. Azərbaycan əsilli Türk vatandaşı 29 yaşlı Sevinç Avcı  öncəki evliliyinden olan əngəlli  uşağına indiki həyat yoldaşı 32 yaşlı Efkan Avcı və qayınanası Nezire Avcının işkəncə verdiyini iddia edib, evdən getmək istəyirdi. 

Bu səbəblə hər iki tərəfin ailələsi arasında mçübahisə yaranıb. Sevinc Avcının yaxınları əlinə bıçaq və balta alaraq Efkan Avcının evinə hücum edib. Mübahisə böyüyərək qanlı-bıçaqlı davaya çevrilmişdi.