Xəbər verdiyimiz kimi,  bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına aid tədbir keçirilib.

Tədbirdə xalq artisti Aygün Kazımova qonaq olub. 

Unikal.org xəbər verir ki, xalq artisti mahnı oxuduqdan sonra üzünü Gənclər və İdman naziri Azad Rəhimova tuturaq mədəniyyət naziri Əbülfəz Qarayevə bu sözlərlə mesaj göndərib:

"Mən sevinirəm ki, Gənclər və İdman Nazirliyi hər il idmançıları mükafatlandırır.  Bu çox yaxşı düşünülmüş haldır. Çox istərdim ki, Mədəniyyət Naziri Əbülfəz Qarayev də biz müğənniləri belə mükafatlandırsın.  Buradakıların sağ əli bizim başımıza”. 

FOTO: Müzəffər İsmayılov