Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.

İclasdan sonra Unikal.org-a açıqlama verən deputat Cavanşir Paşazadə YAP-ın deputatlığa namizədlər siyahısında adının olduğunu təsdiqləyib:

"Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən yenidən namizədliyimi irəli sürəcəm. Həmçinin deputat Hadı Rəcəbli də namizədliyini irəli sürəcək".  

Qeyd edək ki, Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyin irəli sürəcək. 

YAP-ın deputatlığa namizədlər siyahısında beşinci çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin də adı var. Onun namizədliyi 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən irəli sürülüb.