Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.