Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.

Unikal.org xəbər verir ki, siyahıda parlament seçkilərində deputatlığa namizəd olacaq YAP üzvlərinin adı yer alıb. Siyahıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adı yer alıb. Belə ki, H. Hüseynovanın deputatlığa namizədliyi 41 saylı Sumqayıt I seçki dairəsindən irəli sürülüb.

Xatırladaq ki, H. Hüseynova 2010-cu ildə də Sumqayıtdan deptatlığa namziəd olmuşdu. O, 42 saylı Sumqayıt II seçki dairəsindən deputat olma istəsə də dairənin nəticələri ləğv olunmuşdu.