Yeni Azərbaycan Partiyası  (YAP) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğlu  Əliabbas Salahzadənin deputatlığa namizədliyin irəli sürüb.

Unikal.org xəbər verir ki, YAP Salahzadə Əliabbas Qalib oğlunun namizədliyini 27 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Salahzadə Əliabbas Qalib oğlu hazırda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır. 

Elvin Rüstəmov