Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini Həsənova Afət Əbil qızının deputatlığa namizədliyini irəli sürüb.

Unikal.org-un məlumatına görə, YAP 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənovanı namizəd kimi qeydə alıb.

Həmçinin, YAP Nefçala rayon icra hakimiyyətinin başçısının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızının namizədliyini 61 saylı Neftçala seçki dairəsindən irəli sürüb.