Rusiyanın paytaxtı Moskvada İosif Stalinə aid olduğu ehtimal edilən ZİS avtomobili oğurlanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında Moskva şəhərinin Novosxodnensk şosesində qarajda saxlanılan avtomobili oğurlayıblar.

Hazırda cinayətkarların axtarışı və saxlanılması istiqamətində tədbirlər görülür. Avtomobilin təxmini qiymətinin 2,5 milyon avro olduğu bildirilir.