İngiltərə Premyer Liqasında çıxış edən "Vest Xem Yunayted" klubunun futbolçusu lüks avtomobili ilə qəza törədib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur oyunçu Maykl Antonio lüks "Lamborghini" ilə komandanın olduğu otelə gedirkən bir evin divarına çırpılıb. Futbolçunun meneceri evə dəyən bütün maddi ziyanı qarşılayacaqlarını bildirib.