Türkiyənin Dənizli bölgəsində baş verən hadisə qanları dondurub. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı çoban A.Ç əvvəlki gün müdiri 37 yaşlı Fatih Kürşad Yağçı ilə  çalışdığı qoyunçuluq müəssisəsində mübahisə edərək onu odlu silahla qətlə yetirib. 

Cinayəti törətdikdən sonra yeniyetmə müdirinin avtomobilini götürərək hadisə yerindən qaçıb.  Əraziyə polislər cəlb olunub və yeniyetmə ərazidən uzaqda başqa bir kəndə həbs edilib.
Polislərə açıqlamasında  yeniyetmə bildirib ki, müdiri ona spirtli içki qəbul etdiyini və “quzu niyə öldü” deyərək tənbehləməsi səbəbindən törətdiyini iddia edib. Həmçinin öldürdüyü patronunun avtomobili ilə evinə gedib və sotlarına "atam yeni maşın aldı, sabah gəzərik" dediyi də ortaya çıxıb. 

Fatih Kürşad Yağçının həyat yoldaşı ona zəng edərkən müdirin çöldə olduğunu telefonunun yaddan çıxıb işdə qaldığını deyib. 

Bir neçə dəqiqə sonra isə müdirinin telefonuyla onun hıyat yoldaşına " mən yatıram, zəng edib narahat etməyin" deyə mesaj atıb. 

Gülayə Mecid