Azərbaycanın tanınmış kaman ustası, Milli Konservatoriyanın professoru, Xalq Artisti Fəxrəddin Dadaşov xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, kamança ustası insult keçirib. 

O, ağır vəziyyətdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib və hazırda reanimasiyadadır. 

Gülayə Məcid