Avtomat gizlədən Bakı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov saxlanılıb.

Onun torpağa basdırdığı nömrəsi paslanmış “AKM” markalı avtomat silahı, 50 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.