Qazaxıstanda baş verən təyyarə qəzasından sevindirici xəbər gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar arasında körpə uşaq sağ tapılıb. Vəziyyəti görənlər bunu bir möcüzə adlandırıblar.

Xəbər verdiyimiz kimi, Qazaxıstanda baş verən təyyarə qəzasında 15 nəfər ölüb, 66 nəfər xəsarət almışdı. Ölkədə 28 dekabr "milli matəm günü" elan edilib.