Türkiyədə ticarət mərkəzlərinin birində qadınlara qarşı əxlaqsızlıq edən şəxs saxlanılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kocaelidə E.E. adlı kişi qadınlar tualetinə girib kabinanın altından onların videosunu çəkərkən onu görən qızlardan biri mühafizəçini çağırıb. Qaçmağa çalışan  şəxs polis tərəfindən saxlanılıb.