ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında ötən gün axşam saatlarında musiqiçilər tərəfindən klip çəkilişləri zamanı açılan atəş nəticəsində 2 nəfər ölüb, azı 8 nəfər yaralanıb.

Unikal.org “İndependent”ə istinadən xəbər verir ki, yerli polisin şerifi Ed Qonzales yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

“İndi ölənlərin azı səkkiz nəfər olduğu qənaətindəyik. Bir qrup latın amerikalı şəxs (20 yaşlarında) park yerində musiqili video çəkərkən, görünür, naməlum şübhəlilər oradan avtomobillə keçərək qrup üzərinə atəş açıblar”, - E. Qonzales “Twitter”də qeyd edib.