Kürdəmir rayonunda maşının sürücünün üstünə düşməsi nəticəsində sürücü ölüb.

Unikal.org xəbər verir ki, hadisə Kürdəmir-Qazax yolunun 191-ci kilometrliyində baş verib. Astara rayon sakini, 1977-ci il təvəllüdlü İlham Bayramov idarə etdiyi "Mercedes" markalı yük maşınını təmir edərkən avtomobilin qaldırıcıdan çıxaraq onun üzərinə düşməsi nəticəsində vəfat edib.

Araşdırma aparılır.