Məşhur aktyorların “Zalım İstanbul” serialındakı sevgi macərası gərçək olub. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Kanal D“də yayımlanan  “ Zalım İstanbul” serialda Civan Yılmaz obrazını canlandıran İdris və onun sevgilisi, Damla Karaçay rolunda olan aktrisa Simay restoranlardan birində görüntüləniblər. 

Belə ki, məkana ayrı-ayrı gələn cütlüyün qucaqlaşması və səmimi söhbəti gözdən yayınmayıb.

Qeyd edək ki, “Fazilet hanım və kızları” serialından sonra daha çox gündəmdə olan  aktyorun bir müddət əvvəl “Miss Türkiyə 2015” gözəli Ecem Çırpanla eşq yaşadığı iddia edilib.

Gülayə Mecid