Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1977-ci il təvəllüdlü Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə apa-ya onun yaxınları məlumat verib.

Məlumata görə, Ə. Hüseynov anası ilə Sumqayıtdakı bacısıgilə qonaq gəlib. Bir gecə orada qaldıqdan sonra, dekabrın 25-də yenə anası ilə birgə Sumqayıtda yaşayan qohumlarıgilə gedib. O, günorta vaxtı evdən çıxıb və bir daha geri qayıtmayıb. Ə. Hüseynov əqli qüsurludur.

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (051) 796 – 40 – 98 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.