Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

Unikal.org baku.ws-ə istinadən xəbər verir , qəza “Koroğlu” metrosundan “Dərnəgül” yolu istiqamətində yolda qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan barədə məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.