Saatlıda təcili yardım maşını qəzaya uğrayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Saatlı şəhərində baş verib. 

Hadisə şahidlərinin bildirdiyinə görə, çağırışa gedən təcili yardım maşını “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.