Abşeronda poçt oğurlandı.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş M.İbrahimlinin ətrafında Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Sulutəpə qəsəbəsi ərazisindəki poçt məntəqələrinin birindən içərisində 100 manat, 10 ədəd möhür, 500 manat dəyərində marka və zərf olan seyfi, habelə vətəndaşlara məxsus 25 ədəd bağlamanı sökərək içərisindəki əşyaları oğurlaması da müəyyən edilib.