İraqın baş naziri Adil Əbdül Mehdi ölkə ərazisində üçgünlük matəm elan edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, matəm ABŞ hərbçilər tərəfindən endirilən hava zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlıdır.

Qeyd edək ki, ABŞ hərbçiləri diplomatlara hücuma qarşılıq olaraq İranın dəstəklədiyi "Haşdi Şabi" silahlı qruplaşmasına bağlı "Xətaib Hizbullah" təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb.