Dünyanın ən zəngin insanlarının sərvəti 2019-cu ildə 1,2 trln. dollar (25%) artaraq 5,9 trln. dollar təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” (BBI) tərəfindən tərtib olunmuş reytinqdə bildirilir. Məlumata əsasən, artım lideri fransalı biznesmen Bernar Arno (“Louis Vuitton”, “Hennessy”, “Christian Dior” və “Perignon” brendinin sahibi) olub.

O, sərvətini bir il ərzində 36,5 mlrd. dollar artıra bilib və bunun da sayəsində dünyanın üçüncü ən zəngin adamı olub. Dünyanın ən varlı insanı olan “Amazon”un təsisçisi Cef Bezos isə 9 mlrd dollar itirib. Lakin bu, onun boşanma prosesi ilə əlaqədar olub.

“Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 22,7 mlrd. dollar qazanıb. Beləliklə, dünyanın ən zəngin insanlarının TOP-5-liyi bəlli olub. 1. Cef Bezos - $116 mlrd (-$8,75 mlrd) 2. Bill Qeyts - $113 mlrd (+$23,1 mlrd) 3. Bernar Arno - $106 mlrd (+$37,7 mlrd) 4. Vorren Baffet - $89,1 mlrd (+$5.26 mlrd) 5. Mark Zukerberq - $79.4 mlrd (+$27.4 mlrd).