Yeni Zelandiyada artıq 2020-ci il gəlib.

Unikal.org xəbər verir ki, dünyada Yeni il ən tez qarşılayan yerlər Sakit okeanda yerləşən Tonqa, Camoa və Kiribati adalarıdır. Bura Yeni il bizim vaxtla dekabrın 31-də saat 12:00-da gəlir.

Kiribatidən bir neçə saat sonra Yeni Zelandiya 2020-ci ilə qədəm qoyub. Antraktidanın Cənub hissəsində də artıq 2020-ci ildir.

Yeni ilə qədəm qoyacaq növbəti ölkə isə Avstraliyadır. 2020-ci ili son qarşılayan yer isə Amerikadır. Burada Yeni il bizim tarixlə 1 yanvarda günorta saatlarında girəcək.