Çərşənbə axşamı Rusiyanın Saratov vilayətində mikroavtobusun aşması ilə müşayiət olunana yol-nəqliyyat hadisəsəi baş verib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, Balaşov rayonunda qeydə alınan yol qəzasında iki nəfər xəsarət alıb. 

İlkin məlumatlara görə, içərisində 11 nəfərin olduğu "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. 

Hadisənin baş verməsinə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. 

Faktla bağlı Yol polisi tərəfindən araşdırma aparılır.