Boliviya Yüksək Seçki Məhkəməsi keçmiş prezident Evo Moralesin rəhbərlik etdiyi "Sosializm Hərəkatı" partiyasına qarşı "seçkilərin nəticələrini saxtalaşdırılmaq"la bağlı irəli sürülən ittihamları təmin etməyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Beləliklə, "Sosializm Hərəkatı" partiyası Boliviya siyasi təşkilatı olaraq verdiyi bütün imtiyaz və öhdəlikləri özündə saxlayır və 2020-ci ildə seçkilərdə iştirak etmək üçün qanuni tələblərə cavab verir" , - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, qanunda göstərilən əsaslar siyasi partiyanı hüquqi şəxsdən məhrum etmək üçün baxılan şikayətlərə şamil edilə bilməz.