Ermənistanda 38 yaşlı hərbçi güllələnib.

Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Qeqarkunik vilayətində baş verib. Belə ki, Narek Məlikyan tüfənglə 38 yaşlı Kartuş Ohanyanı güllələyib.

Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir.