Avstraliyada güclü istilərin müşahidə olunması ilə güclü meşə yanğınları da olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə meşə yanğınları zamanı dünyasını dəyişənlərin sayı 17-ə çatıb. Həlak olanların arasında yanğınları söndürməyə çalışan könüllülərin də olduğu bildirilib.

Dekabrın 31-də Viktoriya ştatında 4000 nəfər yaşadıqları əraziyə  alov yaxınlaşması səbəbindən evlərini tərk etməli olub.