Meksikanın Sakatekas şəhərinin həbsxanasında futbol oynamaq cəhdi dəhşətli sonla nəticələnib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, matçın gedişində Qolfo və Los-Setas kartelləri arasında qarşıdurma yaranıb. Onlar bir-birlərinə silahla atəş açıblar. 15 nəfər futbol meydançasında dünyasını dəyişib. Xəstəxanaya aparılan 1 məhkum isə orada ölüb. 

Həbsxana əməkdaşları hələ bir gün əvvəl dustaqlardan xeyli silah, narkotik maddə, telefon və spirtli içki toplayıbmış.