Bir müddətdir sevgili həyatı yaşayan məşhur maniken Ənvər Hədid və müğənni Dua Lipa Yeni ili Mayamidə qarşılayıblar.

Unikal.org xəbər verir ki, çimərlik geyimində günəş vannası qəbul edən cütlük paparazzilərin kamerasına tuş gəlib.

İstirahət zamanı romantik anlar yaşayan cütlüyün öpüşmə fotosu sosial mediada gündəm olub.

Qeyd edək ki, cütlük Mayamiyə dostları ilə birlikdə Yeni ili qarşılamaq üçün yollanıb.