Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.