Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi məlum olub.

Unikal.org xəbər verir ki, bundan sonra Qaradəniz təmsilçisini Hüseyin Çimşir çalışdıracaq. Məlumatı klubun prrzidenti Əhməd Ağaoğlu təsdiqləyib.

Qeyd edək ki, “Trabzonspor”un sabiq futbolçusu olan H. Çimşir məşqçilik karyerası ərzində “Akhisarspor”, “Kayseri Ərciyyəspor” və “Osmanlıspor”da çalışıb.