Müğənni Elçin Cəfərov Avstriya Kansleri Sebastian Kurzla görüşüb.

Unikal.org xəbər verir ki, sənətçi öz instaqram hesabında Vyanada “Le Méridien Vienna” hotelində Kurzla görüşərkən çəkdirdiyi fotosunu paylaşıb. 

Qeyd edək ki, 33 yaşlı S. Kurz Avstriyanın 30-cu federal Kansleridir. 29 sentyabr 2019-cu ildə keçirilən erkən parlament seçkilərində onun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” yenidən qalib gəlib.