Qadın voleybolçulardan ibarət yığma komandamız olimpiya lisenziyalı turnirə hazırlığın son mərhələsinə başlayıb.

Unikal.org xəbər verir ki, Türkiyə toplanışını başa vuran yığmamız Polşaya yollanıb.

Vasif Talıbovun komandası yoxlama matçı da keçirəcək. Voleybolçularımız Niderlandda baş tutacaq təsnifat yarışında rəqiblərdən olan Polşa ilə üz-üzə gələcək.

Orada bir neçə sınaq oyunu planlaşdırılır. Apeldorn şəhərində baş tutacaq Avropa olimpiya təsnifatı yanvarın 7-12-də olacaq.