Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunun Xocəsən qəsəbəsinin ərazisində baş verib. 

Belə ki, Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.