Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin aşması nəticəsində sərnişin, həmin kənd sakini, 1974-cü il təvəllüdlü Həşimova Natavan Xəzail qızı xəsarət alıb.
Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.