İtaliyanın “Breşiya” klubunda forma geyinən Mario Balotelli avtomobil qəzası keçirib.

Unkal.org xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşri məlumat yayıb. Xəbərdə, hadisənin yanvarın 1-də, səhər saat 5 radələrində baş verdiyi bildirilib.

Hadisə zamanı avtomobilin sükanı arxasında Balotellinin dostu olub. O, idarəetməni itirərək, qapıya çırpılıb. Qəza nəticəsində Balotelli və dostu xəsarət almayıb.