Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan bir mərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.